Nil Afrikanı böyük müharibəyə sürükləyir
05 iyun 2013 11:50 (UTC +04:00)

Nil Afrikanı böyük müharibəyə sürükləyir

Efiopiyanın Nil çayı üzərində, Sudan sərhədindən 12 km uzaqlıqda “Böyük İntibah” adlanan su anbarını tikəcəyini açıqlaması Misiri qəzəbləndirib.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, söhbət 6 min meqavatt gücündə nəhəng su elektrik stansiyasından gedir.

 

Hazırda Efiopiyada 2 min meqavatt gücündə elektrik enerjisi istehsal edildiyi nəzərə alınsa, yeni tikiləcək su elektrik stansiyasının ölkə iqtisadiyyatı üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı bəllidir. Misirin qəzəblənməsinin səbəbi də bəllidir. 2011-ci ildə, Misirdə inqilab başlayan zaman bu fürsətdən istifadə edən Efiopiya, Ruanda, Uqanda, Keniya və Tanzaniya Afrika ölkələrində içməli su mənbəyi və kənd təsərrüfatı üçün strateji əhəmiyyət daşıyan Nil çayı ilə bağlı razılaşma imzalayıb. Razılaşma Nil çayı Hövzəsi Komissiyasının yaradılmasını nəzərdə tutur.  Bu Komissiya Afrika üçün həyati əhəmiyyət daşıyan bu çayın resurslarının bölüşdürülməsi ilə bağlı ölkələr üçün kvotanı müəyyənləşdirməlidir. Sonradan Misir və Sudan bu razılaşmanı imzalamaqdan imtina edib, çünki bu razılaşma bu iki ölkənin Nil çayı üzərində hegemonluğunu təhdid edir. Məsələ ondadır ki, 1929-cu ildə Misir və Böyük Britaniya imperiyası arasında razılaşma imzalanıb və Misir həmin razılaşma əsasında Nil üzərində “tarixi hüquq”unu qorumağa çalışır.

 

Razılaşma Misirə Nil çayı və onun qolları ilə bağlı istənilən layihəyə veto qoymaq hüququ verir. 1959-cu ildə Misir və Sudan arasında imzalanan digər razılaşmaya əsasən isə bu iki ölkə Nil çayının su resurslarının 90 faizindən istifadə edə bilər. Yəni hazırda Nil çayı üzərində ərəb hegemonluğu mövcuddur.

 

İndi Misirdəki siyasi qüvvələr Efiopiyanın Nil çayı üzərində nəhəng su elektrik stansiyası tikəcəyini bəyan etməsindən sonra hökuməti qəti addımlar atmağa çağırır. Dünən müxtəlif siyasi partiyaların təmsilçiləri prezident Məhəmməd Mursi ilə görüşüblər və Efiopiyaya qarşı düşmənçilik xarakterli addımlar atılmasını təklif ediblər. Prezident sarayında Məhəmməd Mursi ilə keçirilən görüş Misir Televiziyasında yayımlanıb və Məhəmməd Mursi bundan xəbərsiz olub. Sələfi partiyaların təmsilçiləri Efiopiyada silahlı müxalifəti dəstəkləməyi, lazım gələrsə, dambanı bombalamağı təklif ediblər. Liberal partiyalar isə Misirin yeni döyüş təyyarəsi alması barədə mediaya xəbər ötürülməsini və bu yolla Efiopiyanın qorxudulmasını məqbul sayıblar...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178
avatar

Oxşar yazılar