Netaniyahu: «Ruhani qoyun dərisi geymiş canavardır»
02 oktyabr 2013 06:47 (UTC +04:00)

Netaniyahu: «Ruhani qoyun dərisi geymiş canavardır»

İsrailin baş naziri Binyamin Netaniyahu BMT Baş Assambleyasındakı çıxışında deyib ki, beynəlxalq sanksiyalar qüvvədə qalacağı halda İranla münasibət səmərə verə bilər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, iranlı həmkarı Həsən Ruhanini «qoyun dərisi geymiş canavar» adlandırıb.

 

ABŞ-la İrana arasında münasibətlərin istiləşməsi yönündə bu yaxınlarda keçirilmiş görüşlərlə bağlı yəhudi dövlətinin baş naziri deyib ki, əgər tənha mübarizə aparmalı olsalar da, onun ölkəsi Tehranın nüvə silahı olmasına yol verməyəcək.

 

İran tərəfi isə atom proqramının dinc məqsədli olduğunu vurğulayaraq, Netaniyahunun çıxışını «təhrikedici» sayıb.

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 1-də jurnalistlərə açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahunu İranın nüvə proqramı haqda yalan danışmaqda günahlandırıb: «Biz Netanyahudan yalan danışmaqdan, hoqqabazlıqdan və xof yaratmaqdan başqa bir şey gözləmirik. Ancaq dünya ictimaiyyətindən Netaniyahunun sözlərinə inanmamağı, eyni zamanda onun yalanlarını cavabsız qoymamağı istəyirik».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1211
avatar

Oxşar yazılar