Pakistanda bu gün Milli Assambleya (parlamentin Aşağı Palatası) və əyalət qanunverici orqanlarına seçkilər keçiriləcək. APA-nın məlumatına görə, seçkilər Bakı vaxtı ilə səhər saat 08.00-da başlayıb, 17.00-da başa çatacaq.
Milli Assambleya 342 deputatdan ibarətdir. Birbaşa seçkilərdə Milli Assambleyaya 272 deputat seçiləcək. Digər 70 deputat qadınlar (60 yer) və dini azlıqlar (10 yer) üçün saxlanılıb.
Müstəqil surətdə hökuməti formalaşdırmaq üçün partiyalar Milli Assambleyada ən azı 172 yerə malik olmalıdırlar.
Milli Assambleyada yerlər uğrunda 4,6 mindən artıq namizəd mübarizə aparır, onların 161 nəfəri qadındır. Pakistanda seçici sayı 86 milyon nəfərdir. Əsas mübarizə 50 milyondan artıq seçicisi olan Pəncab ştatında gedəcək.
Seçkilərdə təhlükəsizliyi 600 min nəfər təmin edəcək.
Ekspertlərin fikrincə, qələbə uğrunda Xalq Partiyası, keçmiş baş nazir Nəvaz Şərifin başçılıq etdiyi Müsəlman Liqası və kriket əfsanəsi İmran Xanın yaratdığı Ədalət Uğrunda Hərəkat mübarizə aparacaq.