NATO Ukraynanı radioaktiv tullantılardan qurtaracaq
19 sentyabr 2013 07:08 (UTC +04:00)

NATO Ukraynanı radioaktiv tullantılardan qurtaracaq

Ukraynanı ekologiya naziri Oleq Proskuryakov ölkəsi adından NATO ilə hərbi təlimlərin icrası zamanı əmələ gəlmiş radioaktiv tullantıların təkrar basdırılması proqramının dəstəklənməsinə dair müqavilə imzalayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nazir deyib: «Bu sənəd radioaktiv tullantıların saxlanılması və məhv edilməsi mexanizminin yaradılmasında Ukraynaya  NATO dövlətlər tərəfindən yardımdır».

 

Onun sözlərinə əsasən, bu tullantılar keçmiş SSRİ-inin hərbi proqramlarından qalıb.

 

Layihənin icrası 4 il müddətinə nəzərdə tutulub. Radioaktiv tullantılar Ukrayna ərazisində təhlükəsiz ərazi daşınacaq.

 

Mənbə bildirib ki, bu layihə çərçivəsində başqa tip tullantıların da utilizasiyası gerçəkləşdirilə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar