Suriya İnqilabi Milli Koalisiyası və müxalifət qüvvələri Cenevrədə keçirilən danışıqlarda şərt daxilində iştiraka razılıq verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət bildirib ki, Bəşar Əsəd istefa verəcəyi halda danışıqlarda iştirak edəcəklər.
«Suriyalıların istənilən konfransda iştirakı təqdim olunmuş qərarın (Bəşar Əsədin istefası ilə bağlı müddət nəzərdə tutulur-red.) yerinə yetirilməsi ilə bağlı beynəlxalq təminatdan asılıdır»-deyə, müxalifət bildirib.
Onlar ölkədə mövcud problemin həllinə beynəlxalq aləmin səylərini alqışladıqlarını bildiriblər.
Məlumata əsasən, Cenevrədə Suriyadakı vəziyyətlə bağlı keçiriləcək beynəlxalq konfransa müxalifətin ilk rəsmi münasibətidir.