Mustafa Cəmilevin oğlu qətldə şübhəli bilinir
29 may 2013 04:03 (UTC +04:00)

Mustafa Cəmilevin oğlu qətldə şübhəli bilinir

Simferopolun Kiyev rayon məhkəməsi mayın 28-də qətl törətməkdə şübhəli bilinən Haysər Cəmilevi iki ay müddətinə azadlıqdan məhrum edib.

 

Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, o, iyulun 25-dək həbsdə qalacaq.

 

Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilevin oğlu Baxçasaray şəhər sakinini ov tüfəngindən  qətlə yetirməkdə şübhəli bilinir. Olay deputatın oğlu yaşadığı evdə baş verib. Atəş açılan zaman o, evin ikinci mərtəbəsində, ölən şəxs isə evin qarşısındakı bağda olub.

 

Haysər Cəmilevin qohumları iddia edir ki, hadisəni o, silahla oynayarkən: yaxud onu təmizləyərkən ehtiyatsızlıqdan törədib.  

   

İstintaqın bu versiyalardan hansının üzərində dayandığı hələ ki açıqlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar