Hindistanın şərqində Mumbai şəhərində Dokyard küçəsində 4 mərtəbəli binanın uçması nəticəsində azı 40 nəfər həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, uçqun altında 73 sakin qalıb. 32 nəfər xəstəxanaya yerləşdirilib.
Polis bildirib ki, uçqunun baş verməsinə səbəb binada qanunsuz tikilidir. Həmin yerdə dükan tikmiş sahibkar oktyabrın 1-dək həbsdə saxlanılacaq.
Bununla belə hadisənin baş verməsi səbəb hələ də dəqiq deyil. Başqa bir ehtimala əsasən, 30 il əvvəl tikilən binanın uçmasına səbəb onun qəzalı vəziyyətdə olması olub.
Mənbə xatırladıb ki, cari il Mumbaidə üç bina uçub və yüzdən çox insan bu hadisə nəticəsində həlak olub.