Bu gecə Moskvanın İlovaysk küçəsində ayaqqabı anbarından oğurluq edən dəstə üzvləri elə olay yerindəcə yaxalanıb.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, anbara sentyabrın 30-da gecə saat 23:00 radələrində gələn 8 nəfər anbarın mühafizəçisini və iki işçini tapança ilə hədələyib, əllərini bağlayıb və DAV markalı minik avtomobilinə 500 min rubl dəyərində ayaqqabı yükləməyə başlayıblar.
Amma aradan çıxmaq istəyən oğrular polislərlə qarşılaşıblar. Dəstənin 7 üzvü saxlanılıb, 1 nəfər isə aradan çıxmağı bacarıb. Dəstə üzvlərinin ikisi Azərbaycan vətəndaşı, biri Moskva sakini, dördü Özbəkistan vətəndaşı, biri Şimal Qafqazdandır.