Bu gün səhər saatlarında Moskva Metropolitenində “Oxotnıy ryad” və “Biblioteka imena Lenina” metrostansiyaları arasında yanğın baş verib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, saat 10:30 radələrində bu metrostansiyalar arasındakı tuneldən sərnişinlərin evakuasiyası başa çatıb.
Ümumilikdə 4,5 min insan evakuasiya edilib. Rusiya Fövqəladə Hallar Nazirliyi indiyə qədər yanıq xəsarəti almış 31 nəfərin həkimə müraciət etdiyini açıqlayıb. Qatarların hərəkətinin saat 13:30 radələrində bərpa edilməsi gözlənilir.
Hazırda yanğının səbəbləri araşdırılır.