Moskvadakı kafelərdən birində qafqazlıların iştirakı ilə dava düşüb. Lent.az-ın məlumatına görə, bu barədə paytaxt polisindən “RİA Novosti”yə bildirilib.
Bu gecə saat 5 radələrində Şimali Qafqaz Federal Dairəsindən olan 3 nəfər kafe əməkdaşını və orada dincələn 2 şəxsi bıçaqlayıb. İnsident mübahisədən sonra baş verib. Qafqazlılar hadisə yerindən uzaqlaşmaq istərkən, yolda avtopatrul tərəfindən saxlanılıblar. Şübhəli şəxslər polis şöbəsinə gətiriliblər.
Hazırda araşdırma aparılır.