Moskvanın meri Sergey Sobyanin iyunun 4-də sentyabrda növbədənkənar seçki keçirilməsi üçün ölkə başçısı prezident Vladimir Putinə istefa ərizəsi ilə müraciət edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, qərarını Moskva İctimai Palatasının iclasında açıqlayıb.
İctimai Palatanın üzvləri Sobyaninə payızda keçiriləcək növbədənkənar mer seçkisində iştirak etmək üçün istefaya getməsini məsləhət görüb.
Moskva merinin ölkə prezidenti Vladimir Putinə istefa ərizəsini iyunun 5-də təqdim edəcəyi bildirilib.
Rusiya qanunvericiliyinə əsasən, Sobyaninin istefası ilə əlaqədar seçki sentyabrın 8-nə təyin olunmalıdır. O, bu vəzifəni 2010-cu ilin oktyabrından tutur.
Prezident tərəfindən istefa ərizəsi qəbul ediləcəyi halda Moskva hökumətinin müvəqqəti başçısının kimliyi hələ ki məlum deyil. Bu Sobyanin də ola bilər.