İran səfiri Obama-Ruhani söhbətindən danışdı
30 sentyabr 2013 11:27 (UTC +04:00)

İran səfiri Obama-Ruhani söhbətindən danışdı

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran və ABŞ prezidentləri arasındakı telefon danışığına münasibət bildirib.


 

APA-nın İRİB-ə istinadən məlumatına görə, Möhsün Pak Ayin deyib ki, bu telefon danışığı qarşılıqlı etimad yaradılması təşəbbüsünün başlanğıcı ola bilər: “Əgər proses davam edərsə, hər iki ölkənin xeyrinə ola bilər”.

 

Səfir vurğulayıb ki, İranla ABŞ-ın qarşılıqlı etimad yaratmaq prosesinə maneə sionist lobbisi və ABŞ mühafizəkarlarıdır: “ABŞ-ın mühafizəkarların təsiri altına düşməməsi qarşılıqlı etimad yaratmaq prosesini gücləndirə bilər”.

 

Möhsün Pak Ayin həmçinin ABŞ-ın region və İran məsələlərinə düzgün yanaşmasını dünya sülhü üçün vacib sayıb: “Amerikalıların 34 ildən sonra İranın hədələrə təslim olmamasını başa düşməsi müsbət dəyərləndirilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Oxşar yazılar