Mixeil Saakaşvili iqamətgahını tərk etdi
23 oktyabr 2013 10:35 (UTC +04:00)

Mixeil Saakaşvili iqamətgahını tərk etdi

Bu gün Gürcüstan prezidenti Mixeil Saakaşvili Tiflisin Diqomsk rayonunda yerləşən iqamətgahını tərk edib.


 

APA-nın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, iqamətgah dövlət tərəfindən prezident və xanımı üçün kirayələnibmiş.

 

Gürcüstanın birinci xanımı Sandra Rulovs bildirib ki, son həftələrdə valideynləri yanında olub və əşyalarının köçürülməsinə kömək edib: “Əlbəttə, bir qədər çətindir. Dünən inventarizasiya da həyata keçirildi”.

 

Mixeil Saakaşvili isə nənəsinin ona görə evsiz qaldığını söyləyib: “Bu torpağı mənə hədiyyə edib və anamın evinə köçüb. Hazırda bu torpaq sahəsi Prezident Kitabxanasının tikintisini maliyyələşdirmək məqsədilə satılır. Kimsə əldə etmək istəyirsə, buyursun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar