Misirdən yenə ölüm xəbəri gəldi
07 oktyabr 2013 16:46 (UTC +04:00)

Misirdən yenə ölüm xəbəri gəldi

Misirdən yenə ölüm xəbəri gəlib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt Qahirənin Maadi rayonunda bir telekommunikasiya stansiyası qumbaraatandan atəşə tutulub.

Nəticədə 2 nəfər yaralanıb. Qahirənin beynəlxalq aləmlə rabitəsini təmin edən qurğular zədələnib. İsmailiyyə şəhərində isə hərbi maşına hücum olub. Nəticədə 5 əsgər öldürülüb, 1 əsgər də ağır yaralanıb. Sina yarımadasındakı Tur şəhərində polis idarəsi hücumun hədəfi olub. Polis idarəsinin binasının yaxınlığında bomba yüklü avtomobil partladılıb. Partlayış 2 nəfərin həyatına son qoyub, 50 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar