Misirdəki keçid hakimiyyəti fövqəladə vəziyyət rejimi (FV) və komendant saatının vaxtını uzatmayacaq. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, mövcud vəziyyətin müddəti noyabrın 14-də başa çatır.
Bu haqda baş nazirin müavini, təhsil naziri Hüsam İsa məlumat verib.
Onun sözlərinə əsasən, FV-i ləğv edildikdən sonra komendant saatı da özü-özlüyündə dayanır.
«Noyabrın 14-dən sonra ölkədə təhlükəsizliyin təmin üçün standart tədbirlər görüləcək»-deyə, o, söyləyib.
Məhəmməd Mursi tərəfdarlarının etiraz mitinqlərinin qarşısının alınması məqsədi ilə bu tədbirlər görülmüşdü.