Misir prokurorluğu məhkəmədə 4 polisə qarşı cinayət işinə baxılmasının tezləşdirilməsi barədə göstəriş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar cari ilin avqustunda «Müsəlman qardaşları» hərəkatının 37 üzvünün qətlində ittiham olunur.
Mənbə bildirib ki, etiraz aksiyaları zamanı polislər onları tutub, furqona mindirdikdən sonra ora gözyaşardıcı qaz atıblar. Müstəntiqin sözlərinə əsasən, belə furqonlar 20 nəfər üçün nəzərdə tutulsa da, ora 40 - dan çox etirazçı fəal mindirilib.