Misirin şimalında Aralıq dənizinin İsgəndəriyyə şəhərinin sahilləri ərazisində mühacirləri daşıyan gəmi çevrilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, azı 12 nəfər həlak olub, 116 sərnişini isə xilas edilib.
Xilas olunanların 40 suriyalı, 72 isə fələstinli, 4-ü isə misirlidir. Onlar yerli polis bölməsinə təhvil verilib.
Həlak olanların vətəndaşlığı barəsində məlumat verilməyib.
Misirin Hərbi Dəniz Qüvvələri başqa mühacirlərlə bağlı axtarış aparır.