Misir məhkəməsi 5 əcnəbi, o cümlədən Britaniya vətəndaşı barəsində ölüm hökmü çıxarıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar Qırmız dəniz vasitəsi ilə ölkəyə böyük miqdarda marixuana keçirmək istəyiblər.
Hürqada şəhər məhkəməsi müttəhimləri 1.3 milyon dollar məbləğində cərimələyib.
Mənbənin xatırlamasına əsasən, 2011-ci ildə Misirə 3 ton marixuna keçirmək istəyən 4 əcnəbi həbs olunmuşdu. Onlardan gizlənə bilmiş, beşinci şəxs, Pakistan vətəndaşı barəsində qiyabi ölüm hökmü çıxarılıb.