Qahirə təhlükəsizlik baxımından Tehranla turizm sahəsində əməkdaşlığı dayandırıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Misirin turizim naziri Hişam Zaazu bildirib.
«Yaranmış vəziyyət üzündən biz İrandan turistləri qəbul edə bilmirik. Nazirlər kabinetindən uyğun göstəriş alanadək məsələ dondurulmuş halda saxlanılacaq»-deyə, nazir bəyan edib.
Turizm naziri vurğulayıb ki, bu qərar təhlükəsizlik baxımından qəbul olunub.