Almaniyanın baş naziri Angela Merkel bu gün səhər saatlarında Əfqanıstana gəlib.
Lent.az-ın France-Press agentliyinə istinadən verdiyi məlumata görə, təhlükəsizlik məsələləri ilə bağlı səfər öncədən elan olunmayıb.
Angela Merkel Almaniyanın müdafiə naziri Tomas de Mezerin müşayiəti lə Məzari-Şərifdəki hərbi bazaya gəlib. Bu səfər Əfqanıstanda alman əsgərinin ölümündən 6 gün sonraya təsadüf edir. Səfərin məqsədi açıqlanmır. Bu, Merkelin baş nazir postunda Əfqanıstanda 5-ci elan olunmamış səfəridir. Angela Merkel sonuncu dəfə 2012-ci ilin yazında Əfqanıstanda olub.
Qeyd edək ki, 2002-ci ildən bu günə qədər Əfqanıstanda 53 alman hərbçisi həyatını itirib. Almaniyanın Əfqanıstanda 4 min hərbçisi var.