Gürcüstan Milli Hərəkat Partiyasının baş katibi Vano Merabişvilinin evində axtarışı aparılıb.
Lent.az-ın «PirWeli»-yə istinadən məlumatına görə, aparılan əməliyyat nəticəsində mənzildə böyük məbləğdə pul aşkar edilərək, müsadirə edilib. Bu xəbəri partiya liderinin vəkili Qoqita Qabaidze də təsdiqləyib.
Mənbə bildirib ki, hüquq-mühafizə orqanlarının təmsilçiləri Kaxetiyanın qubernatoru Zurab Çiaberaşvilinin də evində axtarış aparıb. Onun mənzilindən isə elmi işi, eləcə də özünü və qızını kompüterini müsadirə ediblər.
Xatırladaq ki, onlar büdcə vəsaitinin «məqsədsiz xərcləməkdə» ittiham olunurlar.
Hələlik rəsmi ittiham təqdim edilməyib.