Meksikanı cənginə alan fırtına ölkəyə maddi ziyan vurmaqla yanaşı, həm də insan itkisi ilə nəticələnib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fırtınanın yaratdığı sel daşqınları ölkədə 13 nəfərin ölümü ilə nəticələnib. Bundan başqa, minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, ölkənin bir hissəsində təbii fəlakətin baş verməsinə baxmayaraq, Meksikanın paytaxtı Mexikoda Müstəqillik Günü qeyd edilir.