Gürcüstanda keçirilən prezident seçkisinin qalibi Gerogi Marqvelaşvili Rusiya ilə münasibətin normallaşması üzərində işləməyə hazırlaşdığını söyləyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, Rusiya ilə barışmaq üçün «yol xəritəsi» tərtib etməyə hazırdır.
Təhlilçilərin nəzərincə, gələn ay Gürcüstanın Avropa Birliyi ilə ticarət sahəsində imzalayacağı müqavilə iki dövlət arasında münasibətlərin qaydasına düşməsinə çətin kömək edər.
Xatırladaq ki, 2008-ci ilin avqustundakı müharibədən sonra Rusiya ilə Gürcüstanın əlaqəsi kəsilib.