Dağıstanın paytaxtı Mahaçqalada polis naryadı atəşə tutulub, nəticədə 3 asayiş keşikçisi yaralanıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu barədə Dağıstan DİN-ın mətbuat xidməti məlumat yayıb.
«Qısa atışmadan sonra basqınçı iki nəfər gizlənib. İlkin məlumata əsasən, üç polis yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Cinayətkarların tutulması üçün «Vulkan-4» planı həyata keçirilir»-deyə, yerli polis idarəsindən bildirilib.