İtaliya polisi Neapol mafiyasının başçılarından birinin daşınmaz əmlakını müsadirə edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin mülkün 60 milyon dollar dəyərində olduğu bildirilib.
Mafiya başçısı Raffael Petronenin daşınmaz əmlakına 40 mənzil, 20 torpaq sahəsi, 4 malikanə, eləcə də dükanlar və gecə klubları daxildir.
Polis bildirib ki, Petrone Neapol mafiyasının – kamorranın başçılarından biridir.
Daşınmaz əmlakla yanaşı, onun 27 motoskleti, «Ferari» idman avtomobili də müsadirə edilib.
Bu yaxınlarda aparılan araşdırmaya əsasən, bir ildə kamorra 6 milyard dollar «qazanıb». Bu isə Siciliya mafiyasının gəlirindən iki dəfə çoxdur.