Los-Ancelesdəki beynəlxalq hava limanında atəş açan kişinin şəxsiyyəti müəyyənləşib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu,Nyu-Cersidə anadan olmuş 23 yaşlı Pols Siansiyadır.
İlkin məlumata əsasən, polis hesab edir ki, o, şəxsi zəmində nəqliyyatda təhlükəsizlik üzrə federal agentliyin əməkdaşına silahlı basqın edib. Axtarış zamanı onun üstündə «agentliyin donuz əməkdaşını arzulayır» qeydi tapılıb.
Polis bildirib ki, o, 15 dəfə atəş açıb.
***
22.23
Los-Anceles Beynəlxalq Hava Limanının 3 terminalında atəş açan kişini polis həbs edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, olay nəticəsində azı bir nəfər həlak olub.
İlkin məlumata əsasən, həlak olan Nəqliyyat Təhlükəsizlik İdarəsinin əməkdaşıdır. Dəqiqləşdirilməyən məlumata görə, atəş açan da əvvəllər hava limanının təhlükəsizlik xidmətinin əməkdaşı olub.
Onun yaralandığı ehtimal edilir.
***
22.04
Los-Ancelosdakı hava limanı atışma haqda xəbərdən sonra qapadılıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay yerinə artıq təcili yardım və polis gedib.
Yerli TV nəqliyyat təhlükəsizliyi xidməti geyimində yaralı insanları görüntülərini yayımlayır.
Sərnişinlər hava limanından köçürülür.
Olay şahidlərindən biri deyib ki, təhlükəsizlik xidmətinin zabiti hava limanında silahlı bir kişinin olduğunu qışqırdı: «Bir tappılıtı eşitdik və hamı yerə yıxıldı».