Lordlar da eynicinslilərin nikahını dəstəkləyib
05 iyun 2013 07:55 (UTC +04:00)

Lordlar da eynicinslilərin nikahını dəstəkləyib

Britaniyanın Lordlar palatası İngiltərə və Uelsdə eynicinsli nikahların leqallaşdırılmasına səs verib. 

 

Lent.az-ın “Vesti”yə istinadən məılumatına  görə, iki gün davam edən qızğın müzakirələrdən sonra qanun layihəsinə edilən düzəlişlər qəbul olunmayıb. Buna palatanın 242 üzvü səs verib.

 

Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, eynicinsli nikahının leqallaşdırılması ölkəyə fayda gətirəcək və onu daha da güclü edəcək.

 

Xatırladaq ki, bundan öncə İngiltərə və Uelsdə eyni cinsli nikahların leqallaşdırılmasına Britaniyanın İcmalar palatası da səs verib.

 

Sənəd hökumət tərəfindən təqdim edilib və cəmiyyətdə qızğın  mübahisələrə səbəb olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134
avatar

Oxşar yazılar