Liviyada yaraqlılar 15 hərbçini öldürüb
05 oktyabr 2013 22:53 (UTC +04:00)

Liviyada yaraqlılar 15 hərbçini öldürüb

Liviyada silahlılar hərbi qarnizona hücum edərək 15 hərbçini qətlə yetirib, 5 nəfəri isə yaralayıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, hücum Tripolidən 160 km cənub-şərqdə yerləşən bəni -Valid şəhərindən 60 km aralıda yerləşən Viştata rayonunda Nəzarət Keçid Məntəqəsində qeydə alınıb. 

 

Məlumata görə, pulemyotlarla silahlanmış şəxslər bir neçə avtomobildə posta yaxınlaşaraq onu gülləbaran edib.   

 

Asayiş keşikçiləri bu diversiyanın arxasında dayanan qüvvəni müəyyənləşdirməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar