Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Küveyt parlamentinin sədri Əli Fəhd əl-Rəşidlə iki ölkənin parlamentlərin arasında əməkdaşlığı müzakirə edib.
Lent.az-ın «Novosti Armenii»-ya istinadən məlumatına görə, mayın 31-də keçirilən görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıblar.
Erməni nazir Küveytə səfəri zamanı xoş münasibəti xatırladaraq, həmin görüşün nəticəsində əldə edilmiş razılaşmaların gerçəkləşdirildiyini bildirib.
Tərəflər İrəvanda Küveytin və əl-Küveytdə Ermənistanın səfirliklərinin açılmasından məmnunluqlarını ifadə edərək, bunu dövlətlər arası əlaqədə yeni keyfiyyət halı kimi dəyərləndiriblər.
Bundan başqa onlar siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərini inkişafında atılacaq addımları da müzakirə ediblər.