Barak Obamanın Moskvaya səfərini təxirə salmasından Rusiya pərt olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu haqda açıqlama verib.
«Prezident Obamanın sentyabrda Moskvaya planlaşdırılmış səfərinin təxirə salınması bizi məyus edib» -deyə, o, avqustun 7-də jurnalistlərə bildirib.
Uşakov daha sonra deyib :«Bu qərar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Snoudenlə bağlı tərəfimizdən yaranmayan vəziyyətlə əlaqədardır. Bu problem ABŞ-ın bərabərhüquq əsasında münasibət qurmağa hazır olmadığını bir daha göstərdi».
Kreml təmsilçisi onu da əlavə edib ki, Obamanın Moskvaya dəvət olunması qüvvədədir.