İspaniya kralı Xuan Karlosun kürəkənin 16 daşınmaz əmlakı müsadirə olunub. Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, kralın kürəkəni korrupsiyada ittiham olunur. Bu işlə bağlı hesabları bağlamaq üçün 8 milyon dollar yaxın məbləği ödəniləcək.
Kral ailəsi milyonlarla avronun xeyriyyə təşkilatlarına şübhəli ödəmələr etməkdə ittiham edilir.
İstintaqın qənaətincə, kralın kürəkəni, hersoq İnyaki Urdanqarin və onunla əlbir olanlar xeyriyyə məqsədi ilə köçürülən məbləği şişirdiblər.
Hersoq isə ittihamları rədd edir.