Kraliça mühacirətə qarşı tədbirlərin sərtləşdirilməsindən danışıb
08 may 2013 22:48 (UTC +04:00)

Kraliça mühacirətə qarşı tədbirlərin sərtləşdirilməsindən danışıb

Britaniya kraliçası II Yelizaveta parlamentin təntənəli açılışındakı ənənəvi illik çıxışında Birləşmiş krallığa mühacirlərin axınına məhdudiyyətlərin qoyulması ilə bağlı yeni tədbirlər planının tətbiqini elan edib.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qanunverici orqanın yaxın bir ildə görəcəyi işlərdən danışan kraliça bildirib ki, hakimiyyət miqrantların, özəlliklə ağır cinayətlər törədənlərin deportasiya olunması ilə bağlı qaydaları asanlaşdırmaq niyyətindədir.

 

 

O, bəyan edib ki, qeyri-qanuni mühacirləri işə cəlb edən şirkətlərə də cərimələrin məbləği artırılacaq.

 

Parlament Britaniya Milli Sağlıq qurumunun xidmətindən miqrantların istifadəsini də məhdudlaşdırmağı planlaşdırır.

 

Kraliça və parlamentin mühacirlərlə bağlı çıxışı yerli seçkilərdə üstünlük əldə etmiş Birləşmiş Krallığın Müstəqilliyi Partiyasının mövqeyinin gücləndiyi bir vaxta təsadüf edir.

 

Qeyd edək ki, bu siyasi qurum ölkəyə mühacir axını üzərində nəzarətin gücləndirilməsi və Britaniyanın Avropa Birliyindən çıxması uğurunda mübarizə aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430
avatar

Oxşar yazılar