Belçikanın dövlət quruluşunda islahatda iştirak edən 8 siyasi partiya kral ailəsinə dövlət dotasiyasının verilməsi məsələsində razılığa gəlib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hakimiyyət bu islahatın üç hədəfin belə açıqlayıb : modernləşmə, daha ciddi nəzarət və monarxın funksiyalarının şəffaflığı. Bunların qısa zamanda baş verməyəcəyi də nəzərə alınıb.
Gələcəkdə dövlət vəsaiti fəaliyyət olan , yaxud getmiş krala, ya kraliçaya və onların həyat yoldaşlarına, varisə və onun həyata yoldaşına veriləcək.
Taxt-tacın başqa varisləri, bacılar və qardaşlar dövlət dotasiyası hüququndan məhrum ediləcək.
Keçid dövrü olduğundan indiki şahzadə Astrid , onun qardaşı və bacısı hələlik dövlətdən dotasiya alacaq.
Baş nazir Elio di Ruponun təklifinə əsasən, hər dotasiya iki hissədən ibarət olacaq: kral ailəsi və onlara xidmət üçün verilən vəsait.