Boliviya prezidenti Evo Morales Kolumbiyanın NATO ilə yaxınlaşmasını «hədələyici və təhrikedici» proses adlandırıb.
Lent.az-ın xarici nformasiya vasitələrinə istinadən məlumatına görə, Boliviya lediri deyib : «Bu proses antiimperialist hakimiyyətlərə -Venesuela, Nikaraqua, Ekvador və Boliviyaya qarşı qəsddir və təhrikdir».
Xatırladaq ki, Kolumbiya hakimiyyəti bu ay NATO ilə əməkdaşlığa dair müqavilə imzalayacağını bildirib.
Paytaxt Boqotedə çıxışı zamanı ölkə prezidenti Xuan Manuel Santos deyib ki, bunu NATO ilə Kolumbiyanın «əməkdaşlığı və yaxınlaşması» kimi dəyərləndirib: «Ümid edərəm ki, vaxtı çatanda biz bu təşkilata üzv olacağıq».
Prezidentin sözlərinə əsasən, əgər Kolumbiya hakimiyyəti solyönlü «FARK»-la (Kolumbiya Silahlı İnqilabçıları)sülh müqaviləsi imzalayarsa, o zaman silahlı qüvvələrinin beynəlxalq arenada özünü göstərmək imkanı olacaq.
Xatırladaq ki, 2009-cu ildə Kolumbiyanın xüsusi təyinatlıları Əfqanıstandakı əməliyyatda iştirak edib.