“İrana qarşı sanksiyalar qaldırıla bilər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
Qeyd edək ki, bu günlərdə ABŞ İranın neft-kimya sənayesinə bağlı 8 neftayırma zavoduna sanksiya qoyub. Rusiya isə bu qərarı sərt tənqid edərək İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin başlanmasını istəyib.