ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, İsrail və Fələstin siyasətçiləri sülh danışıqlarını yaxın zamanda bərpa etməlidir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Təl-Əvivdə səfərdə olan amerikalı diplomat münaqişə edən tərəfləri sülh prosesinə mane ola biləcək təxribatçı çıxış və fəaliyyətdən çəkinməyə çağırıb.
Danışıqlara başlama üçün Fələstin bütün tikinti işlərini İsrailin dayandırmasını istəyir. Əks tərəf isə danışıqların bərpası ilə bağlı heç bir şərti qəbul etmədiyini bildirir.