Kerri Kabilə gəldi
11 oktyabr 2013 18:11 (UTC +04:00)

Kerri Kabilə gəldi

Bu gün ABŞ dövlət katibi Con Kerri Əfqanıstan prezidenti Həmid Kərzai ilə danışıqlar aparmaq üçün Kabilə gəlib.

Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, Con Kerrinin Əfqanıstana səfəri təhlükəsizlik məsələləri ilə əlaqədar öncədən elan olunmayıb.

Con Kerri Həmid Kərzai ilə görüşdə 2014-cü ilin sonlarında NATO qoşunlarının əsas kontingentinin Əfqanıstandan çıxarılmasından sonra bu ölkədə qalacaq amerikalı hərbçilərin sayı ilə bağlı müzakirə aparacaq.  ABŞ oktyabrın sonlarına qədər bu məsələni Əfqanıstan hakimiyyəti ilə razılaşdırmaq istəyir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Oxşar yazılar