İranın atom problemi bağlı beynəlxalq vasitəçilərlə Tehran təmsilçiləri arasında danışıqlarda ortaq məxrəcə hələlik gəlinməyib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, diplomatik mənbələrdən bildirilib ki, vacib məsələlərlə bağlı razılaşma yoxdur. Avropa Birliyinin ali komissarının mətbuat katibi Maykl Mann bu məlumatı təsdiqləsə də, birliyin «irəliləyiş əldə etmək ovqatında» olduğunu vurğulayıb.
ABŞ-ın dövlət katibi Con Kerri isə deyib ki, nüvə proqramını dirçəltmək üçün danışıqlardan İranın vaxt udmasına imkan verməyəcəklər.
O, Cenevrədə keçirilən danışıqlara toxunaraq, deyib: «Nüvə proqramını dayandırmaq və irəliləyiş əldə etməkdən ötrü on illər ərzində bu, İran üçün ən sərfli vaxtdır».
Xatırladaq ki, Tehran hakimiyyəti atom n-nüvə proqramından əl çəkməyəcəyini bəyan edib.