Kasparov Latviyadan vətəndaşlıq istədi
05 noyabr 2013 13:02 (UTC +04:00)

Kasparov Latviyadan vətəndaşlıq istədi

Şahmat üzrə keçmiş dünya çempionu, Rusiyanın müxalif siyasətçisi Harri Kasparov ona Latviya vətəndaşlığının verilməsini xahiş edib. Lent.az-ın “TV-NET”ə istinadən verdiyi məlumata görə, müvafiq məktubu Latviya Seyminin bütün fraksiyaları alıb.

 

Bu xahiş barədə bir neçə deputat öz “twitter” səhifələrində yazıblar. “Vəhdət” partiyasının Seymdəki nümayəndəsi Aynar Latkovskis bildirib ki, Kasparov Latviya qarşısındakı xüsusi xidmətlərinə görə, vətəndaşlıq istəyib. O, Rusiya vətəndaşlığının saxlanılmasını da xahiş edib. Məsələyə nə zaman baxılacağı məlum deyil.

 

Qeyd edək ki, Harri Kasparov 1963-cü ildə Bakıda doğulub. O, dünyanın ən məşhur və titullu şahmatçılarındandır. Son illər siyasətlə məşğul olan Kasparov 2005-ci ildə Birləşmiş Vətəndaş Cəbhəsi yaradaraq, Rusiya müxalifətini birləşdirmək üçün çoxsaylı cəhdlər edib. Məşhur şahmatçı iyunda Təhqiqat Komitəsinə söhbətə çağırılmasını səbəb göstərərək, Rusiyadan ayrılıb. O, yaxın vaxtlarda bu ölkəyə qayıtmağı düşünmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35