Kann kinofestivalında bu il ard-arda ikinci oğurluq baş verib.
Lent.az-ın məlumatına görə, bu dəfə 2 milyonluq brilliant boyunbağı oğurlanb.
Bu zinət-bəzək əşyasından cəmi 20 nüsxə istehsal olunub. Həmin məmulat polis, cangüdən və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühafizə edilirmiş.
Məlumata əsasən, кinofestivalın keçirildiyi mehmanxanadan kinoulduzlara icarəyə veriləcək bəzək-zinət əşyaları olan seyf oğurlanıb.
Əvvəlcə oğurlanan əşyalar bir milyon dollar dəyərin qiymətləndirilirdi.
Şouya bir sıra tanınmış incəsənət ulduzları, o cümlədən Şeron Stoun da qatılıb.
Gözətçilər olayın baş vermə səbəbini bilmədiklərini söyləyiblər.