Kanadanın İrandakı maraqlarını Omanın Tehrandakı səfirliyi müdafiə edəcək. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, İran xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfxam bildirib.
Onun sözlərinə əsasən, İslam Respublikasının Kanadadakı maraqlarını isə İtaliyanın Ottavadakı səfirliyi müdafiə edəcək.
Xatırladaq ki, Kanada 2012-ci ildən İrandakı səfirliyini bağlayıb. İran da oxşar addım atıb.