Kanadanın Toronto şəhərinin meri Rob Ford narkotik maddə qəbul edərkən çəkilərək, yayılan videonu istefaya səbəb görmədiyini bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bir müddət öncə şəhərin polis rəisi Bill Bleyr bildirmişdi ki, ölkənin ən iri şəhərinin valisi şüşü qəlyanla narkotik maddədən istifadə edərkən, çəkilmiş şifrəli videoyazı aşkarlayıblar.
«İstefa verməyimə səbəb yoxdur» -deyə, o, gülərək, jurnalistlərə bildirib.
Polis rəisi də deyib ki, videoyazının Forda qarşı ittiham irəli sürməyə əsas vermir.