Keçmiş baş nazir özünü təqsirkar saymır - YENİLƏNİB
21 may 2013 21:01 (UTC +04:00)

Keçmiş baş nazir özünü təqsirkar saymır - YENİLƏNİB

Gürcüstanın keçmiş baş naziri, hazırda Vahid Milli Hərəkat Partiyasının baş katibi Vano Merabişvili ona qarşi irəli sürülən "dövlət vəsaitlərinin məqsədsiz xərclənməsi" ittihamı ilə razılaşvadığını və təqsirsiz olduğunu bildirib.  APA-nın “Qruziya Online” xəbər portalına istinadən məlumatına görə, bunu bu gün Vano Merabişvilinin vəkili Georgi Çiviaşvili bəyan edib.

 

 

“O saxlanılıb. Hələlik ittiham rəsmi təqdim olunmayıb. Söhbət bir neçə maddədən gedir. Əlbəttə, o, istənilən bu sayaq maddə üzrə özünü təqsirkar hesab etmir. Bundan əlavə, o, bu ittihamı gülünc və  tamamilə cəfəngiyat hesab edir. Rəsmi ittiham ona bu gün, ya da sabah təqdim olunacaq. Bundan sonra maddələr də dəqiq məlum olacaq” - deyə, vəkil bildirib.

 

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş baş naziri və keçmiş daxili işlər naziri, hazırda ölkənin əsas müxalifət qüvvəsi - “Vahid Milli Hərəkat” Partiyasının baş katibi olan Vano Merabişvili həbs edilib.

 

APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, V. Merabişvili bu gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb.

 

Sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin "qətlə yetirilməsində" ittiham edilir.

 

V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.

***

19.47

“Sabiq baş nazir Vano Merabişvilinin işi ilə bağlı heç bir fikir irəli sürmək olmaz”.


 

APA-nın məlumatına görə, bu fikirlər Gürcüstanın baş naziri Bidzina İvanişviliyə məxsusdur.

 

“Merabişvilini həbs ediblər, yoxsa istintaqa çağırıblar? Məndən nə gözləyirsiniz? Düşünürəm ki, məhkəməni gözləmək lazımdır. Keçmiş hakimiyyətə, o cümlədən Merabişviliyə ünvanlanacaq suallar var. Nə qədər məhkəmə olmayıb, heç bir fikir yürütmək olmaz”.

 

Merabişvilinin Gürcüstan prezidentliyinə namizəd ola biləcəyi barədə sualı baş nazir istehza ilə cavablandırıb: “Təəssüf ki, belə bir prezidenti itirdik, lakin biz qanuna tabe olmalıyıb. Siyasi opponentlərimizin təqibə məruz qalması barədə ittihamlar o qədər zəifdir ki, müxalifət bu ittihamdan istifadə edə bilmir. Gürcüstan siyasi təqib yoxdur, mən buna yol vermərəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar