İsveçrə AB-dən olan mühacirəti məhdudlaşdırıb
02 iyun 2013 07:16 (UTC +04:00)

İsveçrə AB-dən olan mühacirəti məhdudlaşdırıb

İsveçrə Avropa Birliyindən (AB) gələn mühacirlərə kvota tətbiq edib. Lent.az-ın «BBC-yə istinadən məlumatına görə, bu mədudiyyət ölkədə qanuni şəkildə işləmək hüquq olanlara şamil olunur. Hakimiyyət bildirib ki, bu İsveçrəyə gələn mühacirlərin sayının artmasının qarşısının alınması üçün atılan məcburi addımdır.

 

Bu kvota il boyu qüvvədə olacaq. İsveçrədə işsizlərin sayı 3 faizdir. Ölkədəki işçi qüvvələrinin 25 faizi mühacirlərdir.

 

İsveçrə Avropa Birliyinin üzvü deyil. Bununla belə qurumla əldə edilmiş razılaşmaya əsasən vətəndaşları sərbəst şəkildə Avropada hərəkət edə bilər.

 

Avropa komissiyası kvotadan rahatsızlığını bildirib. Brüssel hesab edir ki, bu hal iki tərəfli münasibətlərə mənfi təsir göstərə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar