Dünyada yaşlı insanların yaşaması üçün ən əlverişli şərait yaradan ölkə İsveçdir.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda «Helpageİnternational» Qeyri-Hökumət Təşkilatının saytında məlumat yayılıb.
«Qlobal reytinq» adlanan siyahıya 91 dövlət daxil edilib. Lider dövlətlər arasında İsveçdən sonra Norveç, Almaniya, Niderland, Kanada, İsveçrə, ABŞ gəlir. Bu siyahının Əfqanıstan tamamlayır.
Rusiya Nepal, Moldova, Qvatemala və Monqolustandan sonra 78-ci yerdədir. Baltikyanı dövlətlər Latviya, Litva və Estoniya ilk 50 sıradadır. Onlardan Estoniya bu siyahıda 29-cu yerdədir.