İsrailin baş naziri Binyamin Netaniyahu Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşdə bildirib ki, İran nüvə silahından imtinanın «sübutunu» təmin etməlidir.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib: «Hərbi əməliyyatların başlaması təhlükəsi və sanksiyalar İranı masa arxasında oturmağa vadar elədi».
O, bildirib ki, İran nüvə silahından imtinada «irəliləyişi» sübut etməyənədək, «ona qarşı beynəlxalq təzyiqlər zəifləməməlidir».
Netaniyahu İranın «hərbi məqsədli nüvə proqramının varlığından» İsrailin əmin olduğunu söyləyib. O, Tehrana qarşı sanksiyaları davam etdirilməsinin vacibliyini vurğulayıb.