İsrail Qüdsün baş müftisini tutdu
08 may 2013 17:13 (UTC +04:00)

İsrail Qüdsün baş müftisini tutdu

İsrail polisi Qüdsün baş müftisi və Fələstin Muxtariyyətinin əsas dini liderlərindən biri olan Məhəmməd Hüseyni saxlayıb.

 

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Hüseyn mayın 7-də Qüdsdə baş verən kütləvi iğtişaşın təşkilində şübhəli sayılır. İsrail polisinin rəsmi təmsilçisi Miki Rozenfeld deyib ki, sorğu-sual nəticəsində Məhəmməd Hüseynin Əl-Aksa məscidi yaxınlığında müsəlmanlarla israilli turistlər arasındakı toqquşmada hansı rol oynadığı müəyyənləşəcək. Əl-Aksa məscidi yaxınlığında qarşıdurma İsrail polisinin sənəd təqdim etməkdən imtina edən bir ərəbi saxlamasından sonra başlayıb, məsciddəki müsəlmanlar yəhudi turistlər tərəfə stul atıblar. Münaqişə İsrailin Qüdsün şərq hissəsini, “köhnə şəhər”i işğal etməsinin ildönümünə təsadüf edib. İsrail ordusu 1967-ci ildə 6 günlük müharibənin nəticəsində Şərqi Qüdsü zəbt edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar