İraqda zəhərli maddə istehsal edən 3 fabrik aşkarlanıb
02 iyun 2013 02:17 (UTC +04:00)

İraqda zəhərli maddə istehsal edən 3 fabrik aşkarlanıb

İraqda «əl-Qaidə»-nin kimyəvi silah istehsal edən gizli fabriki aşkarlanıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda İraq Müdafiə Nazirliyinin təmsilçisi Məhəmməd əl-Əsgəri ölkə televiziyasına açıqlamasında bildirib.

 

«İraq Müdafiə Nazirliyi yanında xüsusi xidmət orqanı Bağdadda və İraq əyalətlərindən birində üç fabrik aşkarlanıb. Orada zarin və başqa zəhərli kimyəvi maddələr istehsal edilirmiş. Həmin maddələr İraq, Avropa və Şimali Amerikada istifadə edilə bilərdi»- deyə, təmsilçi söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar