İraqda törədilmiş ardıscıl partlayışlar nəticəsində 70-dan çox insan ölüb, onlarla yaralananlar var.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, birinci partlayış Bakuba şəhərinin mərkəzi bazarında törədilib, digər partlayış isə Bağdadın ətrafındakı balıq bazarında baş verib. Üçüncü partlayış Tuz Xurmatu şəhərində törədilib.
Bundan sonra bir neçə terrorçu-kamikadze Mosul şəhərindəki nəzarət-buraxılış məntəqəsində özlərini partladıb. Törədilən partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.