Oktyabrın 5-də Bağdaddan 80 km şimalda yerləşən Bələd şəhərində baş vermiş partlayış nəticəsində 50 nəfər həlak olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yerli polis bildirib ki, intiharçı-terrorçu kafenin binasında özünü partladıb.
Mənbənin xatırlamasına əsasən, bu il avqustun 12-də həmin iaşə obyektində baş vermiş oxşa olay nəticəsində 24 nəfər həlak olmuşdu.
Məlumata görə, bu ilin sentyabrı İraq üçün ən qanlı ay olub. Ölkə üzrə baş vermiş terror aksiyaları nəticəsində yüzə yaxın insan həyatını itirib, iki minə yaxın dinc sakin yaralanıb.